DTX əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil edib - FOTO

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) bir qrup əməkdaşı ulu öndərin adını daşıyan, Böyük Qafqaz sıra dağlarının Başdağ silsiləsinin Qızıl Qaya massivində, dəniz səviyyəsindən 3 751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə növbəti yürüş təşkil edib.

Dövlət Təhlükəsizliyi Xidmətindən verilən məlumata görə, yürüş iştirakçıları tərəfindən Böyük Qafqaz sıra dağlarının Başdağ silsiləsinin Qızıl Qaya massivinin ətəklərində düşərgə salınıb,
sonrakı mərhələdə isə sərt relyef və iqlim şəraitinə baxmayaraq, iştirakçılar bütün maneələri dəf edərək tam heyətdə, müəyyən olunmuş marşrut üzrə və nəzərdə tutulan vaxtda “Heydər zirvəsi”nə çıxıblar.

Ümummilli liderin barelyefi önündə onun əziz xatirəsini dərin ehtiramla yad edən heyət “Heydər zirvəsi”ndə Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb, Dövlət Təhlükəsizliyi Xidmətinin adını və emblemini əks etdirən lövhə və plakatları yerləşdirib.

 

Tarix
4 May 2021 [12:53]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-05-04 12:53:54
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin