Sumqayıtda intihara cəhdin qarşısı alınıb

08:45 - 4 May 2021 - HADİSƏ

Sumqayıt şəhərində 1 nəfər beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsinin eyvanına çıxaraq intihar etmək istəyib.

Fövqəladə Hallar Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, Nazirliyin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Xəbər xətti