Azərbaycan Mərkəzi Bankının proqnozlarına əsasən, 2021-ci ildə ölkədə inflyasiya 4 faiz səviyyəsində olacaq.
Ucnoqta.az xəbər verir ki, bunu Mərkəzi Bankın İdarə heyətinin sədri Elman Rüstəmov deyib.
O bildirib ki, bu proqnoz ölkədə tələbin bərpası və fiskal-stimullaşdırıcı tədbirlərə əsaslanır.
E.Rüstəmov əlavə edib ki, inflyasiyanın 2021-ci ilin sonuna elan olunmuş hədəf diapazonunda formalaşacağı gözlənilir.