“Yazdılar ki, koronavirusdan vəfat edib, yalandır”

“Ramizin vəfatı dövründə çox əsəbiləşdim. Bəzi xəbər saytlarına özünü Ramizin dostu kimi təqdim edib açıqlama verirdilər. İnsanın vicdanı olar. Onun filan dostu nə Ramiz 19 saat komada olarkən xəstəxanaya, nə evinə, nə də dəfninə gəldi. Amma danışdı, açıqlamalar verdi. Onu dostu bilib danışdıranlar savadsız, danışan isə şəxsiyyətsizdir”.

Bu sözləri tanınmış komediya aktyoru Məcid Hüseynov ötən ay dünyasını dəyişən həmkarı, dostu Ramiz Hüseynov barəsində danışarkən deyib.

O, “Sözbaz” proqramında mərhum barədə mətbuata yalan açıqlama verən şəxsləri tənqid edib:

“Bu ölüm mənim üçün də var. Cəmi bir nəfər mənə zəng vurub öyrəndi, söylədi ki, çox sağ olun, məlumatı doğru yerdən öyrəndim. Məlumatı aldığı mənbə düzgün idi. Yanlış insanlardan məlumat aldıqları üçün səhv xəbərlər yayıldı. Yazdılar ki, koronavirusdan vəfat edib, yalandır. Təzyiq problemi var idi, beyninə qan sızmışdı.  19 saat Sumqayıtda xəstəxanada komada qaldı. Beyni ölmüşdü”.///qafqazinfo

 

Tarix
21 Aprel 2021 [11:26]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-04-21 11:26:36
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin