Bakıda 22 yaşlı gənc yol qəzasında xəsarət aldı

00:16 - 18 Aprel 2021 - HADİSƏ

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Binəqədi rayonunda qeydə alınıb.

İki avtomobilin toqquşması zamanı 1999-cu il təvəllüdlü İsmiyev Rüstəm Şahin oğlu xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona sağ əlin sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.///report

Xəbər xətti