“Azəriqaz”da yeni təyinat olub

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Tərtər Regional qaz istismarı İdarəsinə yeni rəis təyin olunub. Ucnoqta.az “Azəriqaz”a istinadən xəbər verir ki, Birliyin baş direktorunun əmri ilə bu vəzifəni Azər Hacıbək oğlu Abasov icra edəcək. A.Abasov bu təyinata qədər “Azəriqaz” İB-nin Metrologiya Departamentinin rəis müavini vəzifəsində çalışıb. Qeyd edək ki, Tərtər Regional qaz istismarı İdarəsinin öncəki rəisi Rəşad Cavadov isə bu günlərdə Birliyin baş direktorunun satış üzrə müavini vəzifəsinə təyin olunub.
Tarix
16 Aprel 2021 [17:28]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-04-16 17:28:01
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin