"Yunanıstan Lozanna müqaviləsini pozur" - Ərdoğan

“Siz bizim Yunanıstanda 150 min soydaşımızın yaşaması üçün lazımi şərait yaratmırsınız”.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Üsküdarda Kərəm Aydınları məscidində qıldığı Cümə namazından sonra Yunanıstanın xarici işlər nazirinin Türkiyəyə səfərini dəyərləndirərkən bildirib.

Onun sözlərinə görə, Yunanıstanın xarici işlər naziri Türkiyəyə səfəri zamanı Fənər rum keşişi ilə görüşüb və bunun üçün ona hər cür şərait yaradılıb: "Onların dini ayinlərini icra etmələrinə və bu dini icmanın özünə lider seçməsinə mane olunmur".

Ərdoğan deyib ki, Yunanıstan Lozanna anlaşmasını pozur: "Yunanıstanda müsəlmanların dini liderinin Türkiyədən təyin edilməsinə qarşı çıxır. Xarici işlər nazirimiz yunanıstanlı həmkarına həddini bildirdi, daha mülayim ola bilməzdi. Lozanna müqaviləsinə əsasən, sizlər Yunanıstandakı müsəlmanlar üçün müfti təyin edə bilməzsiniz. İllərdir münasibətlərin düzəlməsi üçün əlimizdən gələni edirik. Atılacaq bütün addımları atmışıq. Ancaq münasibət düzəlmir”.

Qeyd edək ki, Yunanıstanın xarici işlər naziri Nikos Dendias aprelin 14-də Türkiyədə səfərdə olub. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə keçirdiyi mətbuat konfransında yunanıstanlı nazir Türkiyəni ölkəsinin hüquqlarını pozmaqda ittiham etmişdi. Mövlud Çavuşoğlu bunun qəbuledilməz olduğunu və Yunanıstanın reallıqları təhrif etdiyini bildirib. Çavuşoğlu Yunanıstanın türklərə qarşı ayrı-seçkilik siyasətini, müftinin təyin edilməsində qanun pozuntusunun olduğunu xatırladaq vəziyyətin düzəlmədiyni bəyan etmişdi.///report

Tarix
16 Aprel 2021 [15:28]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-04-16 15:28:34
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin