Bakıda qatar vuran şəxslə bağlı araşdırma başlandı

Bakıda gənc oğlanı qatar vurmasına görə hüquq-mühafizə orqanlarında araşdırmalara başlanılıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq "Azərbaycan Dəmir Yolları" QSC-dən bildiriblər. Qeyd olunub ki, hadisə nəticəsində 1993-cü il təvəllüdlü İmişli rayon sakini Ələsgərov Pərvin Nizami oğlu dünyasını dəyişib:

"Bu gün səhər saat 08:07 radələrində Bakı-Yalama elektrik qatarı Keşlə stansiyası ərazisində hərəkətdə olarkən bədbəxt hadisə baş verib. 1993-cü il təvəllüdlü İmişli rayon sakini Ələsgərov Pərvin Nizami oğlu qəflətən qatarın qarşısına çıxıb. Pərvin Ələsgərov aldığı bədən xəsarətindən hadisə yerində dünyasını dəyişib. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır".

Tarix
16 Aprel 2021 [13:59]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-04-16 13:59:04
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin