Minaya düşən hərbi qulluqçumuz şəhid olub - MN

12:31 - 16 Aprel 2021 - HADİSƏ

Azərbaycan Ordusunun hərbçisi mina partlayışı nəticəsində şəhid olub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, itkin düşmüş hərbi qulluqçuların axtarışı zamanı partlayış nəticəsində yaralanmış hərbçi vəfat edib.

Suqovuşan yaşayış məntəqəsi istiqamətində, azad edilmiş ərazilərdə, itkin düşmüş hərbi qulluqçuların axtarışı zamanı aprelin 3-də mina partlaması nəticəsində xəsarət alan Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Bayramov İlkin Bayram oğlu həkimlərimizin səyinə baxmayaraq, bu gün səhər saatlarında vəfat edib.

Xəbər xətti