Azərbaycanda vətəndaş 40 gündə 1 maska dəyişib

Keçən ilin mart aylndan bu ilin martına qədər ölkədə 77 mln. 600 min tibbi maska satılıb. Ölkə əhalisinin 10 yaşa qədər olan vətəndaşların maska taxmadığını (əsasən, amma məktəblər açıq olanda taxırdılar) nəzərə alsaq, deməli, təqribən, 8,5 mln. əhali il ərzində maska taxmalı idi.

Ucnoqta.az xəbər verir ki, bu barədə iqtisadçı Natiq Cəfərli deyib. Natiq Cəfərli bildirir ki, tibbi maskaların hər 2-3 saatdan bir dəyişmək lazım olduğu deyilir, ölkədə 1 il ərzində hər vətəndaş gün ərzində, ən azı, 3 maska dəyişməli idi: "Deməli, gün ərzində 8,5*3= 25,5 mln. ədəd, ay ərzində 765 mln. ədəd, il ərzində isə 9 mliyard 180 mln ədəd maska istifadə edilməli idi.
Bizdə 1 ilə 77,6 mln. maska satılıb, ilə 1 nəfərə 9 maska düşür.

Deməli, orta statistik vətəndaş 40 günə 1 maska istifadə edib - bu bilirsiz nə deməkdir?! Maskadan belə istifadə nəinki virusdan qorumur, hətta yeni xəstəliklər üçün şərait yaradır!
Əhaliyə pulsuz maska paylanılmalıdlr ki, qapalı məkanlarda, nəqliyyatda maska taxmaq həm zəruri, həm də sağlamlıq üçün təhlükəsiz olsun.

Hər vətəndaşa, heç olmasa, aya 10 maska pulsuz verilməlidir, camaat polisin, cərimənin qorxusundan və pulsuzluqdan 1 maskanı 40 gün taxır, bu zülmdür, gələcək böyük sağlamlıq problemlərinin təməlidir.
Və açıq havada maska taxmaq tələbi ləğv edilməlidir!"

Tarix
16 Aprel 2021 [10:30]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-04-16 10:30:49
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin