Göygöl Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayonun küçə və prospektlərində təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülərə qarşı reyd keçiriblər.
Yol polisi əməkdaşları rayonun müxtəlif nöqtələrində maşınlara əlavə avadanlıq səs gücləndirmə quraşdıran nəqliyyat vasitələrinin sürücüləri ilə profilaktiki söhbətlər aparıb.
Qaydaları kobud şəkildə pozan avtomobillərin sürücüləri barəsində inzibati protokollar tərtib olunub.Yol polisi əməkdaşları tərəfindən bu istiqamətdə tədbirlər qarşıdakı günlərdə də davam etdiriləcək.