İspaniyanın "Barselona" klubunun rəhbərliyi İngiltərə "Mançester Siti"sində çıxış edən Serxio Aqueronun agenti ilə danışıqlara başlayıb.
"Report" "Sky Sports"a istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 33 yaşlı hücumçunun keçidinə mümkün variantlardan biri kimi baxır.
"Şəhərlilər" argentinalı oyunçunun mövsümün sonunda komandadan ayrılacağını açıqlayıb. Razılıq əldə olunarsa, Aquero "Barselona"ya azad agent kimi keçəcək.
Qeyd edək ki, Serxio Aquero 2011-ci ildən "Mançester Siti"də çıxış edir.