İşğaldan azad olunan ərazilərə ceyranlar buraxılacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi işğaldan azad olunan ərazilərdə heyvanların rentraduksiya tədbirlərini davam etdirəcək.

Bunu açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firudin Əliyev deyib.

Onun sözlərinə görə, hazırda bu istiqamətdə işlər davam etdirilir:

"Bildiyiniz kimi, biz Şirvan Milli Parkında yetişdirilən ceyranları Acınohur çölünə buraxmışıq. Bu istiqamətdə təcrübə var. Biz həmin heyvanları işğaldan azad olunan ərazilərdə də buraxmaq istəyirik. Təbii ki, bunun üçün təhlükəsizlik tədbirləri görülməlidir. Bu tədbirlər görüləndən və ərazilər minalardan təmizlənəndən sonra bu tədbirlər də geniş vüsət alacaq".

Tarix
14 Aprel 2021 [15:33]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-04-14 15:33:11
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin