Oruc tutanlar doğru qidalanmasalar, ... - VİDEO

“Oruc tutan şəxslərin imsak etməsi və imsakdan yarım saat əvvəl 4-5 stəkan su içməsi lazımdır”.

Bunu “ARB 24”ün “İş vaxtı” verilişinə açıqlamasında həkim-dietoloq Leyla Zülfüqarova deyib.
O bildirib ki, doğru qidanlanmazlarsa, oruc tutanların səhhətində problemlər yarana bilər:

“Ramazan ayında oruc tutanların orqanizminin təmizlənməsi prosesi baş verir. Lakin düzgün qidanlanmasalar, onun ziyanları ortaya çıxa bilər. Orqanizmdə fəsadlar yaranmasın deyə imsakda doymamış yağ turşularının qəbul edilməsi vacibdir. Bunun üçün günaşırı olaraq qoz, fındıq, badam kimi çərəzlər və 1-2 dilim çovdar çörəyi ilə 20 qram kərə yağı qəbul edilə bilər.

Xurma isə əslində iftar zamanı deyil, imsakda qəbul edilməlidir. Çünki o, orqanizmin ehtiyac duyduğu şəkərin 80 faizini ödəyir. Buna görə səhərlər xurmadan istifadə edənlərin iftarda onu yeməsinə ehtiyac yoxdur”.

L. Zülfüqarova onu da bildirib ki, oruc tutanlar doğru qidalanmasalar, bu, onların koronavirusa yoluxma ehtimalına təsir edə bilər.


​///oxu.az

Tarix
13 Aprel 2021 [09:40]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-04-13 09:40:34
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin