Özbəkistan Qarabağda bir məktəbi təmənnasız bərpa edəcək

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələr aktiv şəkildə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpa edilməsində iştirak edəcəklər. “Report”un məlumatına görə, bunu Ağdamda səfərdə olan Özbəkistan Respublikası Prezident Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin direktoru Asadjon Xojayev bildirib. Onun sözlərinə görə, artıq Özbəkistan ərazilərin bərpa edilməsi prosesində iştiak etmək üçün üçün öz köməyini təklif edib: “Biz hazırda mütəxəssislərlə birgə bərpasında iştirak edəcəyimiz obyektləri müəyyən edirik və inşaatçılarımız bu ərazilərə gələrək obyektlərin bərpa edilməsində iştirak edəcək. Məndə olan məlumata görə, Özbəkistan bir məktəbi təmənnasız bərpa edərək Azərbaycan xalqına hədiyyə edəcək. Hazırda Özbəkistan inşaatçıları tərəfindən bərpa ediləcək obyektlərin siyahısı dəqiqləşdirilir. Hesab edirəm ki, yaxın zamanda əməkdaşlığımızın bəhrəsini görəcəyik”.
Tarix
11 Aprel 2021 [15:00]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-04-11 15:00:54
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin