Goranboyda ad günü keçirilməsinin qarşısı alınıb

Goranboyda pandemiya qaydalarını pozaraq ad günü mərasimi keçirənlər cərimələnib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunda verilən məlumata görə, Qərb mərkəzinə verilən məlumata görə, Goranboy Rayon Polis Şöbəsinə (RPŞ) rayonun Qaradağlı kəndində ad günü mərasiminin keçirilməsi barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə mərasimin keçirilməsinin qarşısı alınıb, mərasim iştirakçıları barədə qanunvericiliyə uyğun tədbir görülüb.

Sanitar-epidemioloji normaları pozan şəxslərlə profilaktik söhbətlər aparılaraq xüsusi karantin rejimi qaydaları izah olunub. Saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib.

Tarix
9 Aprel 2021 [23:29]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-04-09 23:29:33
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin