Balakəndə toy məclisi təşkil edənlər cərimələndi - Foto

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə rayonun Tülü kəndində yerləşən fərdi yaşayış evində toy mərasiminin keçirildiyi müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları həmin ünvana baxış keçirən zaman insanların kütləvi şəkildə toplaşdığını, sanitar-gigiyena və karantin rejimi qaydalarının pozulduğunu aşkar ediblər.

Toy mərasimini təşkil edən ev sahibləri və qonaqlar barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilib və hər biri 200 manat məbləğində cərimələnib.

 

Tarix
9 Aprel 2021 [16:31]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-04-09 16:31:59
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin