Polis reyd keçirib: Ətrafa zibil atan sex sahibləri cərimələnib

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazilərində reydlər keçiriblər.

DİN-dən Ucnoqta.az-a verilən məlumata görə, aprelin 6-da keçirilən tədbir zamanı Nəsimi rayonu ərazisində yerləşən mebel sexinin həyətində sənaye tullantılarının qalaqlanması və yandırılması faktı aşkar edilib.

İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduğuna görə İmişli rayon sakini Balabəy Cəfərov barəsində protokol tərtib edilərək 500 manat məbləğində cərimələnib.

Aprelin 8-də keçirilən reydlər zamanı da Sumqayıt şəhəri və Abşeron rayonunun Mehdiabad qəsəbəsi ərazilərində sənaye tullantılarının qalaqlanması və yandırılması faktları aşkar edilib. İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduqlarına görə görə Sumqayıt şəhər sakini Abdulla Məmmədov 500 manat, Gədəbəy rayon sakini Tofiq Kazımov isə 8500 manat məbləğində cərimələniblər.

Qeyd edək ki, Balabəy Cəfərov və Abdulla Məmmədoc sex sahibi, Tofiq Kazımov isə "Esko" MMC-nin vəzifəli şəxsidir.

Tarix
9 Aprel 2021 [13:00]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-04-09 13:00:52
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin