Cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb

Daxili İşlər Nazirliyi (DİN) aprelin 3-ü və 4-də qeydə alınmış cinayət hadisələri haqqında statistik məlumatları açıqlayıb.

DİN-in mətbuat xidmətindən Ucnoqta.az-a bildiriblər ki, respublikanın daxili işlər orqanları iki gün ərzində törədilmiş 56 cinayətin üstünü “isti izlər”lə açıblar.
Əvvəlki dövrlərdən bağlı qalmış 14 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 24 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 17 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

İki gün ərzində narkotiklə əlaqəli 32 fakt, qanunsuz silah saxlamaqla bağlı 2 fakt müəyyənləşdirilib, cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb.

Tarix
5 Aprel 2021 [10:48]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-04-05 10:48:43
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin