Bakıda sərnişin taksi sürücüsünü bıçaqlayıb

00:20 - 4 Aprel 2021 - HADİSƏ

Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.

Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, qanlı insident Biləcəri qəsəbəsində baş verib.

1987-ci il təvəllüdlü Zülfüqarov Elməddin Həsən oğlu idarə etdiyi "Mercedes" markalı avtomobillə sərnişin apararkən onlar arasında yolda mübahisə düşüb. Sərnişin sürücüyə bir neçə bıçaq zərbəsi vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Xəbər xətti