Abşeronda karantin qaydalarını pozan şəxslər cərimələndi -Foto

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə polis əməkdaşları tərəfindən əhali arasında profilaktik tədbirlər gündəlik olaraq davam etdirilir.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Belə tədbirlərdən biri də Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Xırdalan şəhərində təşkil olunub. Şəhərin hər bir küçə və prospektində polislər Abşeron rayon sakinləri ilə profilaktik söhbətlər apararaq onları tənəffüs yollarını qoruyan maskalardan istifadə etməyin vacibliyi barədə məlumatlandırıblar.

Reydlər zamanı şəhər ərazisində yerləşən fəaliyyətinə icazə verilən obyektlərdə sosial məsafəni gözləməyən şəxslərə xəbərdarlıq edilib. Mağazalara maskasız daxil olan alıcılar, həmçinin maskalardan düzgün istifadə etməyən şəxslər polislər tərəfindən müəyyən edilərək cərimələniblər. İnsanların sıx toplaşdığı yerlərdə virusun yayılma ehtimalı artdığından polislər tərəfindən həmin məkanlar nəzarətdə saxlanılıb. Qeyd edilən yerlərdə insanlar arasında ara məsafəsinin saxlanılması təşkil edilib.

Reyd zamanı həmçinin ictimai nəqliyyat vasitələrində maskadan istifadə etməyən sərnişinlər və sürücülər də polis əməkdaşları tərəfindən müəyyən ediliblər. Tibbi maskadan istifadə etməyən sərnişinlər avtobuslardan düşürülüb. Həmçinin taksilərdə şəffaf arakəsmələrdən istifadə etməyən sürücülər barədə də cərimələr tətbiq edilib.

Bir daha hər bir kəsdən tələb olunur ki, şəxsi sağlamlıqlarını qorumaq və virusun geniş miqyasda yayılmasına imkan verməmək üçün koronovirusla mübarizədə tətbiq edilən sanitar qaydalara əməl etsinlər.

Tarix
30 Mart 2021 [17:04]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-03-30 17:04:25
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin