Azad olunan ərazilərə keçmək istəyənlər saxlanıldı - Foto

Ağdam Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən işğaldan azad olunan, lakin minalardan tam təmizlənməmiş ərazilərə keçməyə cəhd göstərən şəxslər müəyyən edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Ağdam rayonunun işğaldan azad olunan ərazisinə nəzarət postlarından kənar yollarla daxil olmağa cəhd göstərən 3 nəfər saxlanılaraq RPŞ-yə gətiriliblər.

Araşdırmalarla onların Ağcabədi rayon sakinləri E.Quluzadə, N.Mamedov və E.Əliyev olmaları müəyyən edilib.

Adıçəkilən şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb.

Tarix
18 Mart 2021 [10:21]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-03-18 10:21:35
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin