Bakıda bir-birinə yaxın yeddi ev yanıb - VİDEO

Bakıda gecə saatlarında yeddi ev yanıb.

Baku TV xəbər verir ki, hadisə Binəqədi rayonu, Şövkət Məmmədov küçəsi 19 ünvanında qeydə alınıb.

Bakı Humanitar Kollecinin yataqxanasının həyətində yerləşən bir-birinə bitişik taxta konstruksiyalı yeddi ev yanıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin beş yanğınsöndürən maşını cəlb edilib. Alov söndürülüb. Hadisə zamanı xəsarət alan olmasa da, yeddi ev əşyaları ilə birlikdə külə dönüb.

Yanğının elektrik xətlərindəki qısa qapanmadan baş verdiyi ehtimal edilir.

Fakt araşdırılır.

Tarix
17 Mart 2021 [10:26]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-03-17 10:26:30
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin