Lənkəranda 29 yaşlı gəncin meyiti su quyusunda tapıldı

Lənkəran rayonunda bədbəxt hadisə baş verib.

Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, rayonun Günəhir kənd sakini, 1992-ci il təvəllüdlü Fətullayev Faiq Mirağa oğlunun cansız bədəni həyətlərindəki su quyusunda aşkar edilib.
Ailə üzvləri bildirib ki, F.Fətullayev dünən axşam evə gəlməyib və onun Bakıya getdiyi güman olunub.

Lakin bu gün onun meyiti həyətlərindəki su quyusunda tapılıb.
Meyit aidiyyatı üzrə təhvil verilib. Faktla bağlı Rayon Prokurorluğunda araşdırma aparılır.

Tarix
14 Mart 2021 [15:56]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-03-14 15:56:57
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin