Rusiyada yanacaq dolu yük qatarının 18 sisterni relsdən çıxdı, 10-u aşdı

Rusiyanın Xabarovsk vilayətində yanacaqla dolu yük qatarının 18 sisterni relsdən çıxıb.

Bu barədə “RİA Novosti” məlumat yayıb.
“Xabarovsk vilayətinin Uzaq Şərq - Forel dəmir yolunda yanacaq daşıyan 18 sistern relsdən çıxıb. Sisternlərdən 10-u aşıb. Qəza səbəbindən üç sərnişin qatarının hərəkət qrafikində gecikmə baş verib. Yük qatarında cəmi 49 sistern olub. Qəza nəticəsində heç kim xəsarət almayıb”, - deyə məlumatda bildirilib.

Qeyd edək ki, qəzanın səbəbləri barədə məlumat verilmir.///oxu.az

Tarix
5 Mart 2021 [22:22]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-03-05 22:22:36
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin