"Hyundai" 81 mindən çox elektromobili geri çağırır

16:03 - 24 Fevral 2021 - AVTO

Cənubi Koreyanın “Hyundai Motor Co.” şirkəti yanğın riski səbəbindən akkumulyator sistemlərini dəyişmək üçün 81,7 min elektrik avtomobili geri çağıracaq. Şirkət bununla əlaqədar 900 mln. ABŞ dollarına yaxın vəsait xərcləyəcək.

“APA-Economics” xəbər verir ki, bu barədə şirkətin məlumatında deyilir.
Geri çağırılacaq nəqliyyat vasitələrinin sırasına 2017-ci ilin noyabrından 2020-ci ilin mart ayına qədər istehsal olunan 75,68 min “Kona”, 5 716 “IONIQ” elektromobili və 305 “Elec City Bus” elektrik avtobus daxildir.

Şirkət bəzi elementlərdəki qüsurlara görə avtomobillərdəki akkumulyator sistemlərini dəyişdirməyi planlaşdırır.

Xəbər xətti