Bərdədə piyadanı vurub qaçan sürücü saxlanıldı

10:31 - 23 Fevral 2021 - HADİSƏ

Bərdə rayonunda piyadanı vurub qaçan sürücü həbs edilib.

Qasımov Müşviq Xanlar oğlu idarə etdiyi avtomobillə hərəkətdə olarkən rayon sakini Mustafayev Elgün Qənimət oğlunu vurub. Sürücü dərhal hadisə yerindən qaçıb. E.Mustafayev Bərdə rayon Mərkəzi Xstəxanasına yerləşdirilsə də, o aldığı xəsarətlərdən xəstəxanada keçinib.

Faktla bağlı cinayət işi başlanıb. Keçirilən əməliyyat - axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən M.Qasımov saxlanılıb

 

Xəbər xətti