Pandemiya dünya iqtisadiyyatına böyük zərər vurub və bu təsirlər Azərbaycandan da yan keçməyib, lakin görülmüş tədbirlər nəticəsində iqtisadiyyatın böyük itkilərə məruz qalmasının qarşısı alınıb. Bunu maliyyə naziri Samir Şərifov parlamentin bu gün keçirilən iclasında büdcə müzakirələri zaman deyib.
Nazir bildirib ki, bu ilin sonuna qədər Azərbaycan iqtisadiyyatının 4 faizə qədər kiçilməsi gözlənilir. S.Şərifov qeyd edib ki, qarşıdakı il ölkə iqtisadiyyatında aktivliyin artırılması üçün bir sıra tədbirlər nəzərdə tutulur.
O qeyd edib ki, büdcə layihəsində Prezident İlham Əliyevin müəyyənləşdirdiyi hədəflərə xüsusi diqqət yetirilib.
Nazir bildirib ki, gələn il koronavirus pandemiyası ilə mübarizə üçün də müvafiq tədbirlərlərə bağlı 261 milyon manat vəsait ayrılıb. (Trend)