Bakıda velosiped sürən azyaşlını maşın vurub öldürdü

09:55 - 4 Sentyabr 2020 - HADİSƏ

Bakıda azyaşlını avtomobil vurub öldürüb.

Məlumata görə, hadisə paytaxtın Xəzər rayonu, Şağan qəsəbəsində baş verib.

Bakı şəhər sakini Ceyhun Əliyev idarə etdiyi "VAZ 2107" markalı avtomobillə hərəkətdə olarkən yolun hərəkət hissəsində olan velosipedçi, 2008-ci il təvəllüdlü Elmir Kərimzadəni vurub. Yaralı uşaq xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

E.Kərimzadə aldığı xəsarətlərdən xəstəxanada keçinib.

Faktla bağlı araşdırma aparılır.///trend

Xəbər xətti