Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Nəsimi rayonu Dilarə Əliyeva küçəsində qeydə alınıb.
Belə ki, 90-TE-124 dövlət nömrə nişanlı "Hyundai Tucson" markalı avtomobil yolu keçmək istəyən piyadanı vurub.
Hadisə yerinə gələn təcili tibbi yardım briqadası yaralını xəstəxanaya çatdırıb.///report