Salyanda “VAZ-2107” aşıb- sürücü xəsarət alıb

09:09 - 3 Sentyabr 2020 - HADİSƏ

Salyanda yol nəqliyyat hadisəsi baş verib.

Belə ki, gecə saatlarında Salyan-Neftçala avtomobil yolunun rayonun Kürqaraqaşlı kəndindən keçən hissəsində kənd sakini, 2003-cü il təvəllüdlü Əmənov Tariyel Yadigar oğlu “VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən nəqliyyat vasitəsinə idarəetməni itirib, nəticədə avtomobil yolun kənarına aşıb.

Hadisə zamanı sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. T.Əmənov Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti