Keçmiş nazir müavininin həbs müddəti uzadıldı

18:45 - 2 Sentyabr 2020 - HADİSƏ

Bu gün Səbail rayon Məhkəməsində Mədəniyyət nazirinin keçmiş müavini Bayramov Rafiq Yasin oğlunun məhkəməsi keçirilib.

 Səbail rayon Məhkəməsində Rafiq Bayramov barəsində istintaq orqanının verdiyi təqdimata baxılıb və həbs müddəti 3 ay uzadılıb.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Rafiq Bayramov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, vəzifə saxtakarlığı faktlarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xəbər xətti