Bakıda mənzildə 75 yaşlı qadının meyiti tapılıb

16:36 - 19 Avqust 2020 - HADİSƏ

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Səbail rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1945-ci il təvəllüdlü Hüseynova Elmira Əlibaba qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

Xəbər xətti