Bakıda 18 yaşlı oğlan bıçaqlanıb

23:35 - 18 Avqust 2020 - HADİSƏ

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə Qanbay Vəzirov küçəsi, Döngə 4-də qeydə alınıb.

Belə ki, 2002-ci il təvəllüdlü Məmmədov Sənan Siyavuş oğlu qonşusu mübahisə edib. Mübahisə sonradan əlbəyaxa davaya çevrilib və o, qarın nahiyəsindən bir bıçaq xəsarəti alıb.

Hadisə Sabunçu polisi tərəfindən araşdırılır.///Apa

Xəbər xətti