Balakəndə baş verən ağır yol qəzasında bir nəfər ölüb, daha üç nəfər xəsarət alıb.
Hadisə axşam saatlarında Balakən-Qabaqçöl avtomobil yolunun Talalar kəndi ərazisindən keçən hissəsində baş verib.
"VAZ 21099" və "VAZ 2114" markalı iki avtomobil toqquşub. Qəza zamanı "VAZ 21099" markalı avtomobildə olan bir nəfər aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Avtomobillərdə olan daha üç nəfər aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Hazırda yaralılara tibbi yardım göstərilir. Ölən və yaralanan şəxslərin şəxsiyyətləri dəqiqləşdirilir.
Faktla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır. ///Apa