Sumqayıtda fəhlə binadan yıxılaraq ölüb
15:13 - 18 Avqust 2020 - HADİSƏ
Sumqayıt sakini bədbəxt hadisə nəticəsində ölüb.
APA-nın məlumatına görə, hadisə şəhərin "Stansiya Sumqayıt" yaşayış massivində qeydə alınıb.
Belə ki, ərazidə inşa edilən hündürmərtəbəli binada fəhlə işləyən, 1993-cü il təvəllüdlü Hüseynov Savalan İmamverdi oğlu ehtiyatsızlıqdan yıxılıb. Ağır bədən xəsarətləri alan S. Hüseynov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.