Gədəbəydə avtomobil dərəyə aşıb- sürücü ölüb

13:00 - 18 Avqust 2020 - HADİSƏ

Gədəbəydə bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, avqustun 17-də saat 15:00 radələrində Gədəbəy rayonunun Qaradağ kəndi ərazisində rayon sakini M.Həsənov idarə etdiyi “VAZ-21061” markalı avtomobili dərəyə aşırıb və nəticədə hadisə yerində ölüb.

Faktla bağlı Gədəbəy Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbər xətti