Tovuzda yol qəzası oldu, xəsarət alanlar var

23:02 - 17 Avqust 2020 - HADİSƏ

Tovuzda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Məlumata görə, hadisə rayonun Əlimərdanlı kənd yolunda qeydə alınıb.

Avtomobil qəzası zamanı Tovuz rayon sakinləri, 1995-ci il təvəllüdlü İlkin Hüseynov, 1997-ci il təvəllüdlü Misirxan Əlirzayev və 1995-ci il təvəllüdlü Elvin Hüseynov müxtəlif bədən xəsarətləri alıb.

Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya aparılıblar.

Faktla bağlı araşdırma aparılır .///report

Xəbər xətti