Samuxda mikroavtobus aşıb- yaralılar var - FOTO

08:39 - 16 Avqust 2020 - HADİSƏ

Samuxda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatlna görə, "Mercedes" markalı mikroavtobusun aşması nəticəsində 10-a yaxın yaralı xəstəxanaya aparılıb.

Rayonun Füzuli kəndindən qeydə alınan qəzaya səbəb, avtobusun qarşısına qəflətən eşşək arabasının çıxması olub. Avtobus arabaya çırpıldıqdan sonra aşıb.

Xəsarət alan şəxslərin kimliyi müyyən edilib:

1. Məmmədova Aynur Əli qızı - Hacallı kənd sakini

2. Əliyeva Nübar Sanil qızı - Hacallı kənd sakini

3. Allahverdiyeva Yeganə Çərkəz qızı - Hacallı kənd sakini

4. Abdulayeva Nahilə Bakir qızı - Füzuli kənd sakini

5. Hüseynova Hüsniyə Sabir qızı - Füzuli kənd sakini

6. Məmmədova Sucayyət Yusif qızı - Hacallı kənd sakini

7. Orucov Rəşad Vidadi oğli

8. Məhərrəmova Təzəgül Eyvaz qızı - Hacallı kənd sakini

9. Quliyeva Şəhla Abbas qızı - Füzuli kənd sakini

10. Qurbanova Mehriban Yusif qızı - Hacallı kənd sakini

11. Səlimova Ceyran Sabir qızı - Hacallı kənd sakini

Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilib. Hadisə yerinş hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti