"Yuventus" istefaya göndərdiyi baş məşqçisi Maurisio Sarrinin əvəzləyicisini tapıb.
Qol.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Turin təmsilçisini U-23 komandasının baş məşqçisi Andrea Pirlo çalışdıracaq. Bildirilir ki, bu seçimi klubun prezidenti Andrea Aqnelli edib.
Qeyd edək ki, 41 yaşlı mütəxəssis 1 ay əvvəl "Yuventus"un U-23 komandasına baş məşqçi təyin olunub. O, futbolçu karyerası ərzində 2011-2015-ci illərdə A seriyası təmsilçisinin heyətində oynayıb.