Yasamal İH-də növbəti qanvermə aksiyası keçirilib

14:33 - 5 Avqust 2020 - Leykoz

Ölkədə qan ehtiyatını artırmaq üçün bu gün Yasamal rayon İcra Hakimiyyətində qanvermə aksiyası keçirilib.

Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov başda olmaqla İH Aparatının və Yasamal Bələdiyyəsinin kollektivi bu xeyirxah aksiyada fəal iştirak edib.

Aksiya paytaxtdakı Milli Hematologiya və Transfuziologiya Mərkəzi həkimlərinin nəzarəti altında baş tutub. Mərkəzin həkim briqadası bu xeyirxah kampaniyaya qoşulanları müayinədən keçirdikdən sonra qanvermə aksiyası həyata keçirilib. İrsi və qan xəstəliyi olan insanlara kömək etmək məqsədilə Yasamal rayon İcra Hakimiyyətinin və Yasamal Bələdiyyəsinin əməkdaşları növbə ilə qan veriblər.

Bugünkü qanvermə kampaniyası Yasamal rayon İcra Hakimiyyəti Aparatı kollektivinin qoşulduğu ilk aksiya deyil. Cari ilin aprel ayında İcra Hakimiyyətinin kollektivi mütəşəkkil qaydada qanvermə aksiyasında iştirak edib.

Xəbər xətti