Qobustanda yük maşını yanıb
17:50 - 25 İyul 2020 - HADİSƏ
Qobustan rayonunun Qurbançı kəndində “QAZ” markalı yük avtomobilinin taxta konstruksiyadan ibarət banı, arxa təkərləri və banına yığılan 3 ton ot bağlamasının 1,6 tonu yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Avtomobilin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.