Bakıda iki maşın toqquşub, bir nəfər xəsarət alıb - FOTO

15:50 - 25 İyul 2020 - HADİSƏ

Bakıda yol-nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə Nizami rayonunda yerləşən "Oskcr" şadlıq evinin qarşısında qeydə alınıb. Belə ki, "Mercedes ML" markalı avtomobillə "Mercedes E" markalı avtomobil toqquşub. Nəticədə, "Mercedes E" markalı avtomobildə sərnişin qismində olan qadın xəsarət alıb. Hazırda hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları və Təcili Yardım briqadası gəlib.

Xəbər xətti