Sumqayıtda 6 yaşlı qızın qulağından qızıl sırğanı oğurlayan şəxs saxlanılıb

13:32 - 23 İyul 2020 - HADİSƏ

Sumqayıtda soyğunçuluq hadisəsi baş verib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, iyulun 22-də Sumqayıt şəhəri 34-cü məhəllənin ərazisində naməlum şəxsin şəhər sakini olan 6 yaşlı qızın qulağından qızıl sırğanı açaraq aparması barədə Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) 3-cü Polis Bölməsinə (PB) müraciət daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş T.Hacıyev müəyyən edilərək saxlanılıb.

Sumqayıt ŞPİ-də araşdırma aparılır. 

Xəbər xətti