İngiltərənin "Liverpul" klubu Almaniya "Bavariya"sının futbolçusu Tiaqu Alkantaranı transfer edib.
"Report"un "qırmızılar"ın rəsmi saytına istinadən məlumatına görə, 29 yaşlı yarımmüdafiəçi ilə uzunmüddətli müqavilə bağlanılacaq. O, tibbi baxışdan keçdikdən sonra avqustun 1-də sözləşməyə imza atacaq.
Qeyd edək ki, Tiaqu Alkantara İspaniya "Barselona"sının yetirməsidir. Braziliya əsilli ispaniyalı oyunçu "Bavariya"ya 2013/2014 mövsümündə keçib. Ötən mövsüm Alkantara 24 oyuna 3 qol vurub.