Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Nəsimi rayonunda qeydə alınıb. Cəlil Məmmədquluzadə küçəsində 2013-cü il təvəllüdlü Nurullayev Ömər Elvin oğlunu yaşadığı evin yanında avtomobil vurub. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona sağ diz qapağının sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.///report