Ağsuda karantini pozaraq yas mərasimi keçirənlər məsuliyyətə cəlb edildi

18:28 - 6 İyul 2020 - HADİSƏ

Ağsu Rayon Polis Şöbəsinə rayonun Ülgüc kəndində yas mərasiminin keçirilməsi barədə məlumat daxil olub.

Məlumata görə, polis əməkdaşları dərhal həmin ünvana gəlib və orada karantin rejim qaydalarının pozulduğu aşkar edilib.
Mərasim polis əməkdaşları tərəfindən dayandırılıb və orada olanlardan 10 nəfər polis şöbəsinə dəvət edilərək barələrində inzibati tənbeh tədbirləri görülüb.
Karantin rejiminin qaydaları və tələbləri onların diqqətinə çatdırılıb.///report

Xəbər xətti