Ucnoqta.az
www.ucnoqta.az

Bakıda qırmızı işıqda keçən “Gelandewagen” belə qəzaya düşdü - <font color=red><b>ANBAAN VİDEO</b></font>

11:42 - 15 Aprel 2020 tarixində dərc olunub.

Bakıda yol hərəkəti qaydalarını pozan sürücü qəza törətdi.

Ucnoqta.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu ərazisində qeydə alınıb. Belə ki, “Mercedes Gelandewagen” ilə “Mercedes GL” markalı avtomobillər toqquşub. Qəzaya səbəb yüksək sürətlə gələn “Gelandewagen”in sürücüsünün işıqforun qırmızı işığının tələblərini pozaraq hərəkətə davam etməsi olub.

Qəza anı “Mercedes Geländewagen” markalı avtomobildə quraşdırılmış videoregistrator vasitəsilə qeydə alınıb.

Həmin görüntüləri təqdim edirik:

Müəllif: