Ucnoqta.az
www.ucnoqta.az

<b><font color=red>Maşın bazarında qətl: </font>5 nəfəri güllələyib öldürdülər<font color=red> - VİDEO</font></b>

15:30 - 4 Noyabr 2019 tarixində dərc olunub.

Meksikada naməlum şəxslər maşın bazarında 5 nəfəri güllələyərək qətlə yetiriblər. Ucnoqta.az xəbər verir ki, insident Miçoakan şatatının Uruapan şəhərində baş verib.

Şahidlərin bildirdiyinə görə, bir neçə silahlı şəxs avtomobil alıb-satan insanlara atəş açdıqdan  sonra hadisə yerindən qaçıblar və onları yaxalamaq mümkün olmayıb.

Ehtimallara görə, qətli, bölgədə fəaliyyət göstərən cinayət qruplaşmalardan biri həyata keçirib.

Müvafiq qurumlar tərəfindən təhqiqatlar başlanılıb.

 

Namiq Musayev

 

Müəllif: