Ucnoqta.az
www.ucnoqta.az

<b><font color=red>TIR mikroavtobusla toqquşdu: </font>10 ölü, 7 yaralı<font color=red> - VİDEO</font></b>

14:41 - 5 Oktyabr 2019 tarixində dərc olunub.

Rumıniyada TIR-ın və sərnişin mikroavtobusunun iştirakı ilə ağır yol qəzası baş verib. Ucnoqta.az xəbər verir ki, insident oktyabrın 5-də gecə saatlarında ölkənin cənub-şərqində yerləşən Sfıntu Qeorqe kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Bu barədə “Mediafax” agentliyi məlumat yayıb.

Məlumata görə, TIR yolun əks istiqamətinə çıxaraq mikroavtobusla toqquşub. Nəticədə mikroavtobusun 9 sərnişini, yük maşınında olan 1 nəfər ölüb, daha 7 nəfər isə xəsarət alıb. Yaralılara təcili tibbi yardım maşınları ilə ətrafda yerləşən xəstəxanalara çatdırılıblar.

Hadisə yerinə xilasetmə briqadaları cəlb olunub.

 

Namiq Musayev

 

 

Müəllif: